Qazaxıstan Rusiya yüklərini saxlamağa başlayıb | VİDEO

   Qazaxıstan Rusiya yüklərini saxlamağa başlayıb    | VİDEO
  15 İyul 2025    Oxunub:786
Rusiya idxalçıları daha bir problemlə üzləşiblər: iyunun ortalarından etibarən növbələr və Qazaxıstan tərəfinin gücləndirilmiş yoxlamalar tətbiq etməsi səbəbindən yüklərin Qazaxıstanla sərhədi keçmə müddəti xeyli artıb.
AzVision.az xəbər verir ki, nəqliyyat və xarici ticarət şirkətlərinin əməkdaşlarının jurnalistlərə dediyinə görə, bundan əvvəl sərhədi keçmək bir saatdan çox çəkmirdisə, indi yük maşını və ya vaqon keçid məntəqəsində 10 gün və ya daha çox qala bilər.

“İyun-iyul aylarında hazırda paralel idxalın böyük axınının getdiyi Qazaxıstandan çatdırılma müddətləri 14-40 gün artıb”, - “A2 Fordwarding” şirkətinin xüsusi layihələr şöbəsinin rəhbəri Vladimir Letnikov deyib.

Nəqliyyat şirkətlərindən birinin meneceri bildirib ki, əvvəlcə problemlər buraxılış məntəqələrində elektron növbənin tətbiqi ilə izah olunub. Sistemin işindəki nasazlıqlar səbəbindən bir çox daşıyıcılar “ehtiyat” yerlər bron ediblər. Lakin onlar da həmişə kifayət olmadığından bəziləri hətta səyahət vaxtı ilə bağlı alqı-satqı etməyə çalışıblar. Nəticədə yüzlərlə yük maşını vaxtaşırı sərhədlərdə yaranan tıxaclarda qalıb.

Lakin tezliklə əsas problemin yüklərə nəzarətin kəskin artması olduğu aydınlaşdı. Belə ki, gecikmələr təkcə avtomobil keçid məntəqələrində deyil, həm də dəmir yolunda da yaranıb.

- Qazaxıstandan Rusiyaya gedən yük avtomobillərinin texniki baxışdan keçirilməsi müddətinin artırılması “Konkret mallara nəzarət haqqında” qanuna uyğun şəkildə konkret malların, sənədlərin yoxlanılması və qadağan olunmuş məhsulların ixracına nəzarətlə bağlıdır. Avrasiya İqtisadi İttifaqı (Aİİ) daxilində vahid ixrac nəzarəti qaydaları qəbul edilənə qədər xüsusi prosedurlar qüvvədə olacaq”, - Qazaxıstanın Maliyyə nazirliyinin Dövlət Gəlirləri Komitəsi məsələ ilə bağlı açıqalama verib.

Rusiya daşıyıcılarının problemlərinin başqa izahı da var. Mallara nəzarət haqqında qanun 2022-2023-cü illərdə qəbul edilib, o vaxtdan bəri yoxlamalar zaman-zaman sərtləşdirilib və bu, həmişə bəzi xarici amillərlə üst-üstə düşüb: ya ABŞ hakimiyyəti yüksək səslə ikinci dərəcəli sanksiyalarla hədələyir, ya da yeni sanksiyalar paketi qəbul edir.

Bu dəfə sərtləşdirmə Rusiya tərəfinin hərəkətlərindən az sonra baş verdi. İyunun 1-də Sibir və Uzaq Şərqdə hərbi hava limanlarına pilotsuz təyyarələrin hücumu nəticəsində bir sıra strateji bombardmançı təyyarələrin məhv edilməsindən sonra Rusiya gömrükçüləri Rusiyadan çıxan və Rusiyaya daxil olan yük maşınlarını “silkələməyə” başladılar. Rusiya boyu yol polisi əməkdaşları Qazaxıstan dövlət nömrə nişanlı yük maşınlarını saxlayaraq yoxlayırlar.

“Qazaxıstandan hansısa cavabın olacağı aydın idi: bunu Qazaxıstanın gömrük işçiləri bizə belə də dedilər”, - logistika şirkətinin əməkdaşı məhz bu versiyanı dəstəkləyir.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Qazaxıstan   sərhəd  



Xəbər lenti